BMT baş katibinin müavini Azərbaycana səfər edəcək

BMT baş katibinin müavini Azərbaycana səfər edəcək BMT baş katibinin müavini Miguel Angel Moratinos Azərbaycana səfər edəcək.
Xarici siyasət
13 Mart , 2024 11:37
BMT baş katibinin müavini Azərbaycana səfər edəcək

BMT baş katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos (Miguel Angel Moratinos) Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, o, martın 14-16-da Bakıda keçiriləcək XI Qlobal Bakı Forumuna qatılacaq.

Qeyd edək ki, tədbirin iştirakçıları arasında ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus (Tedros Adhanom Ghebreyesus), BMT-də baş katibin siyasi məsələlər üzrə müavini Qay Rayder (Guy Ryder), Latviyanın keçmiş prezidenti Egils Levitsin də yer alacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi