Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi çərçivəsində çəkilən şəkillərin ilk sərgisi Bakıda keçiriləcək

Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi çərçivəsində çəkilən şəkillərin ilk sərgisi Bakıda keçiriləcək Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi çərçivəsində çəkilən şəkillərin ilk sərgisi Bakıda keçiriləcək.
Xarici siyasət
28 Aprel , 2024 11:18
Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi çərçivəsində çəkilən şəkillərin ilk sərgisi Bakıda keçiriləcək

Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi çərçivəsində çəkilən şəkillərin ilk sərgisi Bakıda keçiriləcək.

“Report”un Adıyamana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Adıyaman rayon mədəniyyət və turizm müdiri Abuzer Gelse Zirvənin bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, buna səbəb Azərbaycanla olan yaxın və sarsılmaz bağlardır: “Bu tarixi bir zirvədir və ona yaraşan bir sərginin keçiriləcəyinə inanırıq”.

A.Gelse həmçinin əlavə edib ki, Zirvə çərçivəsində çəkilən fotoların PDF kitabçası hazırlanacaq: “Bununla da Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin kiçik tarixçəsi yaddaşlara həkk etmək imkanı əldə edəcəyik”.

Xatırladaq ki, Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi 25-28 aprel tarixlərində Türkiyənin Adıyaman şəhərində həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi