BMT Baş katibinin müavini Azərbaycana başsağlığı verib
BMT Baş katibinin müavini Azərbaycana başsağlığı veribAzərbaycan hökumətinə və faciəvi təyyarə qəzasında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk.
Azərbaycan hökumətinə və faciəvi təyyarə qəzasında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk.
“Report” xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd “X”dəki hesabında Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yazıb.
“Bu kədərli vaxtda sizinlə birlikdəyik və sağ qalanlara şəfa və tam sağalma üçün dua edirik”, - BMT Baş katibinin müavini əlavə edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Inna lillahi wa inna ilayhi raji'un. ⁰Our heartfelt condolences to the Government of Azerbaijan and the families of those lost in the tragic plane crash. ⁰We stand with you in this time of grief and pray for healing and a full recovery for the survivors. pic.twitter.com/hTWL1xt4pq