BMT Baş Assambleyası 11 iyulu Beynəlxalq Srebrenitsa Soyqırımını Anma Günü kimi qəbul edib

BMT Baş Assambleyası 11 iyulu Beynəlxalq Srebrenitsa Soyqırımını Anma Günü kimi qəbul edib BMT Baş Assambleyası 11 iyulun Srebrenitsa Soyqırımını Anma Günü elan olunması ilə bağlı qətnamə layihəsini qəbul edib.
Xarici siyasət
23 May , 2024 19:47
BMT Baş Assambleyası 11 iyulu Beynəlxalq Srebrenitsa Soyqırımını Anma Günü kimi qəbul edib

BMT Baş Assambleyası 11 iyulun Srebrenitsa Soyqırımını Anma Günü elan olunması ilə bağlı qətnamə layihəsini qəbul edib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, səsvermədə 84 ölkə lehinə, 19 ölkə əleyhinə səs verib, 68 ölkə isə bitərəf qalıb.

Qeyd edək ki, 1995-ci ildə iyulun 11-16-da serb general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz olunmuş Serbiya ordusu Bosniya-Hersaqovinanın Srebrenitsa şəhərində 8 min 372 Bosniyalı müsəlmanı-boşnakı qətlə yetirilib. Soyqırımı zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib. Serbiya ordusu ilə yanaşı, "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də soyqırımın törədilməsində iştirak edib.

Son xəbərlər

Orphus sistemi