BMT BA-nın 77-ci sessiyasının sədri Azərbaycanda səfərdədir

BMT BA-nın 77-ci sessiyasının sədri Azərbaycanda səfərdədir BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri, Macarıstan nümayəndəsi Çaba Köröşi Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana rəsmi səfərə gedib.
Xarici siyasət
2 Mart , 2023 07:31
BMT BA-nın 77-ci sessiyasının sədri Azərbaycanda səfərdədir

BMT BA-nın 77-ci sessiyasının sədri Çaba Köröşi Bakıya səfərə gəlib.

“Report” xəbər verir ki, bu barədə macarıstanlı diplomat tviterdə bildirib.

“Bakıda energetika naziri Pərviz Şahbazov və Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev tərəfindən isti qarşılandım. Azərbaycanın faktlara, məlumatlara və elmə əsaslanan ağıllı enerji keçidindən çox təsirləndim. Yaşıl enerji transformasiyasında aparıcı ölkəyə səfər etməkdən şadam”, - Ç. Köröşi tvitində vurğulayıb.

06:01

BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri, Macarıstan nümayəndəsi Çaba Köröşi Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana rəsmi səfərə gedib.

BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak “Report”un ABŞ bürosuna açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən Ç. Köröşi Zirvə Görüşündə çıxış edəcək, eyni zamanda ölkə başçısı ilə görüşəcək.

Bildirilib ki, macarıstanlı diplomatın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da danışıqları nəzərdə tutulub.

Ç. Köröşinin səfəri martın 3-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi