Blinkenin köməkçisi: Azərbaycanla Ermənistan indiki mərhələdə birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdır

Blinkenin köməkçisi: Azərbaycanla Ermənistan indiki mərhələdə birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdır ABŞ Azərbaycanla Ermənistanı sülh razılaşmasını qarşıdakı həftələrdə, aylarda yekunlaşdırmağa cəsarətləndirir.
Xarici siyasət
12 İyun , 2024 19:06
Blinkenin köməkçisi: Azərbaycanla Ermənistan indiki mərhələdə birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdır

Azərbaycanla Ermənistan sülhə sadiqdir, ABŞ onların yaxın həftələr və ya aylar ərzində razılığa gələ biləcəklərini gözləyir.

"Report" xəbər verir ki, bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn "Azadlıq radiosu"na açıqlamasında deyib.

Obraynın sözlərinə görə, sülh sazişi imzalanmasının vaxtı çatıb:

“Niyə indi vaxtdır? Orta Asiyadan Aralıq dənizinə ticarət yolu qurmaq üçün nəsildə bir dəfə fürsət var. Bu, o zaman baş verə bilər ki, Ermənistanla Azərbaycan arasında sülh olsun".

O, bildirib ki, Vaşinqton region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləyir:

“Hansı rolu oynayıb-oynamayacağımıza hər iki tərəf qərar verir. Biz regionda super güc olmaq iddiasında deyilik. Sadəcə region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləmək üçün buradayıq. İndiki mərhələdə tərəflər bir-biri ilə birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdırlar”.

Son xəbərlər

Orphus sistemi