Bir sıra ölkələrin prezidentləri Bakıda beynəlxalq əlaqələr və təhlükəsizlik məsələlərini müzakirə edib

Bir sıra ölkələrin prezidentləri Bakıda beynəlxalq əlaqələr və təhlükəsizlik məsələlərini müzakirə edib Cari qlobal təhlükələr, xüsusilə Yaxın Şərqdə, Avropada vəziyyət, terrorizm təhlükəsi və regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub
Xarici siyasət
16 Mart , 2017 13:32
Bir sıra ölkələrin prezidentləri Bakıda beynəlxalq əlaqələr və təhlükəsizlik məsələlərini müzakirə edib
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstan prezidentləri V Qlobal Bakı Forumunda müasir beynəlxalq münasibətlərdə problemlər və qlobal və regional təhlükəsizliyə təhdidlər məsələsini müzakirə ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən forumda 53 ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.

Qlobal Bakı Forumu zamanı Latviya prezidenti Raymond Veyonis, Monteneqronun dövlət başçısı Filip Vuyanoviç, Albaniya prezidenti Buyar Nişani, Makedoniya rəhbəri George İvanov, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, eləcə də Səudiyyə Ərəbistanı şahzadəsi, ölkənin kəşfiyyat xidmətinin sabiq rəhbəri, Kral Faysal adına İslam Araşdırmaları Mərkəzinin sədri Turki əl-Faysal çıxış ediblər.

Cari qlobal təhlükələr, xüsusilə Yaxın Şərqdə, Avropada vəziyyət, terrorizm təhlükəsi və regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub.

Forum işinə 7 panel çərçivəsində davam edəcək.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi