Binəli Yıldırım: “Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”
Xarici siyasət
- 30 noyabr, 2021
- 13:41
Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
“Report” xəbər verir ki, siyasətçi bununla bağlı tviterdə paylaşım edib.
“Can Azərbaycanda baş verən hərbi helikopter qəzasında həlak olan qardaşlarımıza Allahdan rəhmət, ailələri və yaxınlarına səbir diləyirəm. Rəbbim yaralılarımıza tezliklə şəfa versin. Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”, - paylaşımda bildirib.
Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Son xəbərlər
04:34
Serbiya XİN vətəndaşlarını İranı tərk etməyə çağırıb
Digər ölkələr04:20
Tramp bütün ölkələrdən idxala 10 % rüsum tətbiq olunması barədə fərman imzalayıb
Digər ölkələr03:51
"Axios": Pentaqon kütləvi istehsal üçün kamikadze dronlarının sınaqlarına başlayıb
Digər ölkələr03:13
KİV: Rusiyada "İsgəndər" raketinin istehsal edildiyi zavoda PUA hücumu olub
Digər ölkələr02:42
ABŞ Serbiyanın NIS şirkətinin lisenziyasının müddətini martın 20-nə kimi uzadıb
Digər ölkələr02:14
KİV: İsrailin hücumlarında "Hizbullah"ın azı 12 üzvü öldürülüb
Digər ölkələr01:45
Qızıl yenidən bahalaşır
Maliyyə01:27
Almaniyada təxminən 30 min iş yerinin ixtisarı gözlənilir
Digər ölkələr00:56