Türkiyəli səyyahlar Şuşa şəhərinə səfər edib

Xarici siyasət
  • 29 oktyabr, 2022
  • 07:07
Türkiyəli səyyahlar Şuşa şəhərinə səfər edib

Bu gün Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvü Şuşa şəhərinə səfər edib.

“Report”un xəbərinə görə, səfər onların Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində baş tutub.

Qonaqlar Şuşa Qalası, Bülbülün ev muzeyi, Cıdır düzü, "Güllələnmiş heykəllər" kimi Şuşa şəhərinə məxsus bir sıra tarixi abiləri ziyarət ediblər.

Səyyahlar üç gün ərzində avtomobil yolu ilə Bakı-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl (Xudafərin)-Bakı marşrutu üzrə hərəkət edəcəklər.

Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, “Nomadmania”) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, budəfəki heyətə “Türkiyə Gəzginlər Klubu”nun prezidenti, “Nomadmania”nın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

Son xəbərlər

Bütün Xəbər Lenti