Bəxtiyor Mustafayev: İlham Əliyevin Özbəkistana səfəri çoxşaxəli əməkdaşlıqda yeni mərhələyə işarə edir

Bəxtiyor Mustafayev: İlham Əliyevin Özbəkistana səfəri çoxşaxəli əməkdaşlıqda yeni mərhələyə işarə edir Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ölkələr arasında çoxşaxəli əməkdaşlıqda yeni mərhələnin əsasını qoyub.
Xarici siyasət
27 Avqust , 2024 10:27
Bəxtiyor Mustafayev: İlham Əliyevin Özbəkistana səfəri çoxşaxəli əməkdaşlıqda yeni mərhələyə işarə edir

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ölkələr arasında çoxşaxəli əməkdaşlıqda yeni mərhələnin əsasını qoyub.

“Report” xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktor müavini Bəxtiyor Mustafayev Bakıda “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirin açılışı zamanı deyib.

“Qısa müddət ərzində iki ölkə hökumətlərin qarşılıqlı fəaliyyətini yeni səviyyəyə qaldırıb. İqtisadi əməkdaşlıq uğurla inkişaf edir”, - o bildirib.

B.Mustafayev vurğulayıb ki, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizləri layihəsi icra mərhələsindədir: “Bundan əlavə, iki ölkə bərpa olunan enerji sahəsində yaxşı potensiala malikdir”.

“Nəqliyyat əlaqələrinin inkişafı əməkdaşlıqda da mühüm rol oynayır. Hazırda Cənubi Qafqaz transformasiya mərhələsini yaşayır. Mərkəzi Asiya ölkələrinin bu sahədə böyük təcrübəsi var və bu təcrübəni tərəfdaşlarla bölüşməyə hazırdır”, - o vurğulayıb.

Qeyd edək ki, “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbir Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi