Beş ölkənin XİN başçısının Bakı görüşü başladı - YENİLƏNİB

Beş ölkənin XİN başçısının Bakı görüşü başladı - YENİLƏNİB Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası başlayıb.
Xarici siyasət
6 Fevral , 2020 11:25
Beş ölkənin XİN başçısının Bakı görüşü başladı - YENİLƏNİB
Report / Elchin Murad

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası başlayıb.

“Report” xəbər verir ki, iclasa Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov sədrlik edir.

Nazirin sözlərinə görə, dünən təşkilatın, onun strukturlarının bundan sonrakı fəaliyyəti, eləcə də həm təşkilat daxilində, həm də Vişeqrad qrupu, ASEAN və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Bundan əlavə, Türkiyədə keçiriləcək Türkdilli dövlətlərin VIII sammitinə hazırlıq məsələləri müzakirə olunub.


*** 09:56

Bu gün Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri iştirak edəcəklər.

Qeyd edək ki, TDƏŞ müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır. Onun əsas məqsədi üzv ölkələr arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Təşkilat 2009-cu il oktybarın 3-də Naxçıvan şəhərində yaradılıb. Hazırda şuranın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.

Son xəbərlər

Orphus sistemi