Bakı. 17 dekabr.
"Biz bu ittifaqın gələcəyinə, o cümlədən Azərbaycanla tərəfdaşlıq baxımından pozitiv baxırıq. Bundan başqa, digər tərəflər də AİB ilə əməkdaşlıqda maraqlıdır", - N.Patskeviç qeyd edib.
O, həmçinin vurğulayıb ki, Ermənistanın AİB-ə daxil olması Azərbaycanla münasibətlərə təsir etməyəcək. "Burada mən heç nə əlavə edə bilmərəm. Bizim bu məsələ ilə bağlı mövqeyimiz dəyişməzdir. Həmin mövqeni Belarus prezidenti bildirib. Ermənistanın AİB-ə daxil olması bütün prosedurların yerinə yetirilməsindən sonra mümkündür. Bu məsələ Azərbaycanın maraqlarında əks olunmayacaq", - səfir bildirib.