Belarus prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Belarus prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb Danışıqların yekununda bir sıra beynəlxalq sənədin imzalanması gözlənilir
Xarici siyasət
25 Noyabr , 2016 15:47
Belarus prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana bu il noyabrın 28-29-da baş tutacaq rəsmi səfərinin proqramı açıqlanıb.

"Report" Belarus dövlət başçısının saytına istinadən xəbər verir ki, səfər proqramına Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqların aparılması daxildir.

İki ölkə lideri Azərbaycan-Belarus münasibətlərinin indiki vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığı, birgə layihələr üzrə işləri, investisiya, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı münasibətləri müzakirə edəcəklər.

Danışıqların yekununda bir sıra beynəlxalq sənədin imzalanması gözlənilir.

A.Lukaşenkonun Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü də planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi