Azərbaycan səfiri belaruslu nazir müavini ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 14 avqust, 2024
- 15:04
Belarus xarici işlər nazirinin müavini İqor Nazaruk və Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev iki ölkə arasında əməkdaşlığın strateji səviyyəsini təsdiqləyiblər.
“Report” xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Tərəflər Azərbaycan və Belarus prezidentlərinin əldə etdikləri razılaşmaların icrasını, yaxın gələcək üçün ikitərəfli təmasların cədvəlini müzakirə ediblər”, - məlumatda qeyd olunub.
Deputy FM Igor Nazaruk, Ambassador of #Azerbaijan @AzerbaijanMFA confirmed the strategic level of #Belarus - #Azerbaijan cooperation.
— Belarus MFA (@BelarusMFA) August 14, 2024
The sides discussed the implementation of the agreements reached by the Presidents , the schedule of bilateral contacts for the near future pic.twitter.com/hIMYUrOhA3