BƏƏ-də Respublika Gününə həsr olunmuş ziyafət təşkil edilib

BƏƏ-də Respublika Gününə həsr olunmuş ziyafət təşkil edilib Tədbirdə ərəb ölkəsinin yüksək vəzifəli şəxsləri iştirak ediblər
Xarici siyasət
28 May , 2016 02:27
BƏƏ-də Respublika Gününə həsr olunmuş ziyafət təşkil edilib

Bakı. 28 may. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərində 28 May – Respublika Gününə həsr olunan ziyafət təşkil edilib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən səfir Daşqın Şikarov 28 Mayın tarixindən və bu əlamətdar günün əhəmiyyətindən danışıb.

O, 1918-ci ilin 28 May tarixində dünyaya zühur edən Azərbaycan Demokratik Respublikasının (ADR) müsəlman Şərqində demokratiya prinsiplərinə əsaslanan, qadını səsvermə hüququ ilə təmin edən, bununla da ABŞ, Böyük Britaniya kimi dövlətləri qabaqlayan ilk dövlət olduğunu özəlliklə qeyd edib.

Sonra səfir Azərbaycan - BƏƏ əlaqələri barəsində danışarkən möhkəm təməl üzərində qurulan ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin mərhum ulu öndərlər Heydər Əliyev və Şeyx Zayed bin Sultan əl-Nəhyanın 1994-cü ildə keçirilən Kasablanka Sammiti çərçivəsində baş tutan tarixi görüşündə qurulduğunu bildirib.

Səfir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə nəzər salarkən Azərbaycanın ədalətli mövqeyinə davamlı dəstəyə görə, BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəhyana, vitse-prezident Şeyx Məhəmməd bin Rəşid əl-Maktuma və Əbu Dabinin vəliəhdi, Şeyx Məhəmməd bin Zayed əl-Nəhyana Azərbaycan hökuməti və xalqı adından dərin minnətdarlığını ifadə edib.

Tədbirdə BƏƏ-nin enerji naziri Süheyl Əl-Məzrui, BƏƏ prezidentinin hüquqi və dini məsələlər üzrə müşaviri Ömər Əl-Haşimi, Əbu Dabi vəliəhdinin protokol xidmətinin, Xarici İşlər Nazirliyinin məsul şəxsləri, parlament üzvləri və digərləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi