Bayden Azərbaycanda yaşayış standartlarının yüksəldilməsinə görə İlham Əliyevin addımlarını alqışlayıb

Bayden Azərbaycanda yaşayış standartlarının yüksəldilməsinə görə İlham Əliyevin addımlarını alqışlayıb Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Azərbaycanda yaşayış standartlarının yüksəldilməsinə görə Prezident İlham Əliyevin addımlarını alqışlayıb.
Xarici siyasət
1 İyun , 2022 13:28
Bayden Azərbaycanda yaşayış standartlarının yüksəldilməsinə görə İlham Əliyevin addımlarını alqışlayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Azərbaycanda yaşayış standartlarının yüksəldilməsinə görə Prezident İlham Əliyevin addımlarını alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə Cozef Baydenin Azərbaycan Prezidentinə ünvanladığı məktubda qeyd olunub.

"Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram. Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir" - Bayden əlavə edib.

Son xəbərlər

Orphus sistemi