Baş prokuror: "Azərbaycanla Türkiyə arasında ekstradisiya ilə bağlı heç bir problem olmayıb" 

Baş prokuror: "Azərbaycanla Türkiyə arasında ekstradisiya ilə bağlı heç bir problem olmayıb"  " Türkiyə ilə Azərbaycan arasında bu mövzuda məsələlər qarşılıqlı şəkildə tənzimlənib"
Xarici siyasət
31 May , 2021 11:30
Baş prokuror: Azərbaycanla Türkiyə arasında ekstradisiya ilə bağlı heç bir problem olmayıb 

"İki ölkə arasında ekstradisiya və hüquqi yardım məsələlərində bu günə qədər heç bir problem olmayıb".

"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, memorandum əsasında bu prosedurlar daha da sadələşdiriləcək.

K.Əliyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında bu mövzuda məsələlər qarşılıqlı şəkildə tənzimlənib:

“Bu, yalnız indiki dövrdə deyil, hər zaman belə olub. İki ölkə arasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə bütün hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrimiz var. Bu gündən etibarən isə bu əlaqələr, əməkdaşlıqlar daha da sadələşdiriləcək”.

Son xəbərlər

Orphus sistemi