Baş nazirin xüsusi köməkçisi: "Azərbaycan və Pakistan Qarabağ və Kəşmir məsələlərində həmrəylik nümayiş etdirir"

Baş nazirin xüsusi köməkçisi: "Azərbaycan və Pakistan Qarabağ və Kəşmir məsələlərində həmrəylik nümayiş etdirir" "Pakistan və Azərbaycan qarşılıqlı əməkdaşlıq vasitəsilə böyük investisiya imkanlarından istifadə edə bilər"
Xarici siyasət
14 Oktyabr , 2016 11:48
Baş nazirin xüsusi köməkçisi: Azərbaycan və Pakistan Qarabağ və Kəşmir məsələlərində həmrəylik nümayiş etdirir

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Pakistan və Azərbaycan qarşılıqlı əməkdaşlıq vasitəsilə böyük investisiya imkanlarından istifadə edə bilər".

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bunu Pakistan baş naziri Navaz Şərifi Bakıya səfəri zamanı müşayiət edən xüsusi köməkçisi Səid Tarik Fatemi deyib.

O, Pakistanın Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu qeyd edib.

Xüsusi köməkçi, həmçinin Pakistan və Azərbaycanın Qarabağ və Kəşmir məsələlərində həmrəylik nümayiş etdirdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi