​Baş nazirin müavini: "Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır"

​Baş nazirin müavini: "Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır" "Hər hansı bir şirkətin özü üçün əlverişli qiymətə təbii qaz almaq imkanı var"
Xarici siyasət
12 Oktyabr , 2015 18:16
​Baş nazirin müavini: Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır

Bakı. 12 oktyabr. REPORT.AZ/ Kommersiya bazarı tənzimlənib və hər hansı bir şirkətin özü üçün əlverişli qiymətə təbii qaz almaq imkanı var.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze bildirib.

Gürcüstanın "Qazprom"la təbii qazın alınması ilə bağlı danışıqlar aparması və bu sahədəki rəqabət məsələlərini şərh edən Kaxa Kaladze qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, elə bu səbəbdən də bu barədə danışmaq yersiz olardı.

"Söhbət yalnız kommersiya qazının alınmasından gedir. Siz bilirsiniz ki, kommersiya bazarı tənzimlənib və hər hansı bir şirkətin özü üçün əlverişli qiymətə Azərbaycan, Rusiya, İran, Türkiyə və Ermənistandan təbii qaz almaq imkanı var.

Buna heç vaxt məhdudiyyat qoyulmayıb, qoyulmur və qoyulmayacaq", - Kaladze bildirib.

Baş nazirin müavini bildirib ki, Bakıda Prezident İlham Əliyevlə baş nazir İrakli Qaribaşvili arasında ötən həftə baş tutan danışıqlarda Azərbaycandan qaz alınması ilə bağlı məsələnin müzakirə olunduğu barədə məlumatı yoxdur, çünki o, nümayəndə heyətinin tərkibində olmayıb.

Son xəbərlər

Orphus sistemi