Baş nazir: Azərbaycan özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiq edib

Baş nazir: Azərbaycan özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiq edib Bugünkü Zirvə toplantısında iştirakımızın isə xüsusi tarixi əhəmiyyəti var.
Xarici siyasət
19 Dekabr , 2024 16:04
Baş nazir: Azərbaycan özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiq edib
Əli Əsədov

Bugünkü Zirvə toplantısında Azərbaycanın iştirakının xüsusi tarixi əhəmiyyəti var.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Baş nazir üzv dövlətlərə minnətdarlığını ifadə edib: “Azərbaycana dost münasibəti və etimad göstərən üzv dövlətlər ölkəmizin D-8-ə üzv seçilməsi ilə bağlı yekdilliklə tarixi qərar verdilər”.

Əli Əsədov Azərbaycanın təşkilatın təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsinə yaxından töhfə verəcəyini vurğulayıb.

“Müasir toqquşmalar və siyasi gərginlik fonunda, geniş regionumuzda təhlükəsizliyin, sabitliyin təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda, Azərbaycan geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturu ilə özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiq edib”.

Dövlət rəsmisi Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın mühüm enerji layihələrinin həyata keçirilməsində və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əhəmiyyətli rola malik olduğunu da diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi