Yuxarı

Baş konsulluq: Təbrizdəki klinikada vəfat edən uşağın meyitinin qaytarılması üçün mümkün addımları atırıq

Məsələ Azərbaycanın Təbrizdəki baş konsulluğunun nəzarətindədir

Bakı. 22 yanvar. REPORT.AZ/ "10 aylıq Qorqud Dadaşzadənin Təbrizin "Kudakan" uşaq klinikasında vəfat etməsi ilə bağlı məsələ Azərbaycanın Təbrizdəki baş konsulluğunun nəzarətindədir".

Bu barədə "Report"a Azərbaycanın Təbrizdəki baş konsulluğundan bildirilib.

Konsulluq uşağın meyitinin Dadaşzadə ailəsinə 3200 manat borcu olduğuna görə verilməməsindən xəbərdardır. 

"Bütün məsələlər həll olunandan sonra ictimaiyyətə xəbər veriləcək. Baş konsulluq bu problemin həll olunması üçün qanun çərçivəsində bütün mümkün addımları atır", - baş konsulluqdan bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi