Baş konsul: "Azərbaycanla Aydaho arasında səmərəli əməkdaşlıq üçün böyük potensial var"

Baş konsul: "Azərbaycanla Aydaho arasında səmərəli əməkdaşlıq üçün böyük potensial var" Nəsimi Ağayev Azərbaycanın multikulturalizm ənənələri barədə də məlumat verib
Xarici siyasət
27 Noyabr , 2015 19:44
Baş konsul: Azərbaycanla Aydaho arasında səmərəli əməkdaşlıq üçün böyük potensial var

Bakı. 27 noyabr. REPORT.AZ/ "Azərbaycanla Aydaho arasında səmərəli əməkdaşlıq üçün böyük potensial var". "Report" xəbər verir ki, bunu Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Aydahoya səfəri zamanı ştatın ən böyük televiziya kanal KTVB-yə müsahibəsində deyib.

Müsahibədən əvvəl “Azərbaycan: Gələcəyin ölkəsi” adlı ingilis dilində videoçarxdan hissələr nümayiş etdirilib. Daha sonra isə N.Ağayev jurnalistin suallarını cavablandırıb. D.Sarton bir müddət əvvəl Parisdə törədilən terror aktları və ümumiyyətlə, son dövrlərdə dünyanın müxtəlif yerlərində dini-etnik dözümsüzlük hallarının və zorakılıqların artması fonunda Azərbaycanın yüksək tolerantlıq və multikulturalizm nümayiş etdirdiyini bildirərək bunun sirrinin nədə olduğunu soruşub.

Baş konsul bu nailiyyətlərin böyük tarixi ənənəyə əsaslandığını, bu səpkidə Azərbaycan xalqının əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib. Diplomat bildirib ki, ölkə rəhbərliyi Azərbaycan xalqının tolerantlıq irsinin və bu müsbət mühitin daha da möhkəmlənməsi sahəsində mütəmadi iş aparmaqda və bu sahəyə xüsusi diqqət ayırmaqdadır.

N.Ağayev həmçinin Azərbaycanın müstəqil dövlət kimi inkişafı, həm sosial-iqtisadi, həm də demokratik və hüquqi dövlət quruculuğu sahələrində əldə etdiyi nailiyyətlər barədə tamaşaçıları məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi