Baş katibin müavini: "NATO Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndirir"

Baş katibin müavini: "NATO Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndirir" "NATO hər zaman əməkdaşlıq münasibətlərinin qurulmasının vacibliyini qeyd edib"
Xarici siyasət
5 May , 2017 13:47
Baş katibin müavini: NATO Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndirir
Report.az

Bakı. 5 may. REPORT.AZ/ "Biz ekstremizmə qarşı mübarizə üzrə müzakirələr keçirilməsinin tərəfdarıyıq. Bu baxımdan Azərbaycanın təşəbbüsünü dəstəkləyirik. Təşkilatımız bu Forumu yüksək qiymətləndirir".

"Report" xəbər verir ki, bunu NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldem Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Dialoq və universal dəyərlərə dəstək: zorakı ekstremizmin qarşısının alınması vasitələri" mövzusundakı ilk plenar sessiyada çıxış edərkən deyib.

"NATO hər zaman əməkdaşlıq münasibətlərinin qurulmasının vacibliyini qeyd edib. Ölkə arasında əməkdaşlıq olmasını təmin etməliyik. Cəmiyyətdə qütbləşmə kimi bəzi problemlərlə üzləşirik. Bundan qaçmaq yox, onun həllini tapmaq üçün dialoq qurmaq lazımdır. Belə forumlardan antisemitizm, ksenofobiya və s. ilə mübarizə məqsədilə istifadə etmək lazımdır", - deyə T.İldem bildirib.

Son xəbərlər

Orphus sistemi