Barselonada yeni İpək Yolu ölkələri arasında əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə ediləcək

Barselonada yeni İpək Yolu ölkələri arasında əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə ediləcək Forum iyulun 9-dək davam edəcək
Xarici siyasət
5 İyul , 2017 12:04
Barselonada yeni İpək Yolu ölkələri arasında əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə ediləcək

Bakı. 5 iyul. REPORT.AZ/ Bu gün Barselonada illik Krans Montana Forumunun 28-ci sessiyası öz işinə başlayır.

"Report" forumun saytına istinadən xəbər verir ki, bu dəfə tədbirin əsas mövzusu yeni İpək Yolu marşrutu üzərində yerləşən ölkələrin əməkdaşlığı məsələsidir.

Tədbirdə Aralıq dənizi, Yaxın Şərq və Afrika ölkələrindən rəsmi şəxslərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, ekspertlərin, iqtisadçıların iştirak edəcəyi gözlənilir. Qonaqlar sahibkarlar üçün əlverişli biznes imkanlarının yaradılması, yeni İpək Yolu layihəsinin inkişafı və s. məsələləri müzakirə edəcəklər.

Forum iyulun 9-dək davam edəcək.

Qeyd edək ki, yeni İpək Yolu yüklərin və sərnişinlərin quru yolla Çindən Avropa ölkələrinə daşınmasını nəzərdə tutan və Azərbaycandan keçən nəqliyyat marşrutudur. 

Son xəbərlər

Orphus sistemi