Barak Obama Prezident İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib

Barak Obama Prezident İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib ABŞ prezidenti: "Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir"
Xarici siyasət
6 Yanvar , 2016 15:17
Barak Obama Prezident İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib

ABŞ prezidenti: "Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir"

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunub.

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, ABŞ prezidenti Barak Obama dəvəti Prezident İlham Əliyevə 3 dekabr 2015-ci ildə ünvanladığı məktubda edib.

"Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir", - Obama məktubda vurğulayıb.

Xatırladaq ki, sammit yazda keçiriləcək.

Bu sammit iki ildən bir keçirilir.

Son xəbərlər

Orphus sistemi