Azərbaycan könüllüləri Türkiyəyə yola düşüb - YENİLƏNİB

Azərbaycan könüllüləri Türkiyəyə yola düşüb - YENİLƏNİB Bakıdan Türkiyəyə yola düşən könüllülər artıq Naxçıvana çatıblar.
Xarici siyasət
11 Fevral , 2023 04:55
Azərbaycan könüllüləri Türkiyəyə yola düşüb - YENİLƏNİB

Azərbaycan könüllüləri baş verən zəlzələdən zərərçəkmiş şəxslərə kömək etmək məqsədi ilə Türkiyəyə yola düşüblər.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri Naxçıvan Beynəlxalq Hava limanında qarşılandıqdan sonra Naxçıvan Gənclər Fondundan "Naxçıvan Könüllüləri" ilə birlikdə 100 nəfərdən ibarət heyət Türkiyəyə yola salınıb.

Azərbaycan könüllüləri öz türkiyəli həmkarlarına zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində kömək edəcəklər.

02:10

Bakıdan Türkiyəyə yola düşən könüllülər artıq Naxçıvana çatıblar.

"Report"un yerli bürosu xəbər verir ki, qardaş ölkədə baş vermiş zəlzələdən zərər görmüş insanlara kömək məqsədilə Türkiyəyə gedən Azərbaycandan gələn könüllülər artıq Naxçıvan Beynəlxalq Hava limanına eniş ediblər.

Yaxın bir saat ərzində Azərbaycan könüllüləri "Naxçıvan Könüllüləri" ilə birlikdə Türkiyəyə yola düşəcəklər.

Son xəbərlər

Orphus sistemi