Yuxarı
    Bağlamaq

    Bakıdakı İsrail səfirliyində ictimaiyyət üçün xatirə kitabı oktyabrın 5-6-da açıq olacaq

    Dünən Azərbaycan Prezidenti İlham Əliyev səfirlikdə olaraq, başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb

    Bakı. 30 sentyabr. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfirliyində ölkənin keçmiş prezidenti Şimon Peresin ölümü ilə əlaqədar xatirə kitabı ictimaiyyət üçün oktyabr ayının 5-6-da açıq olacaq.

    İsrailin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, xatirə kitabı oktyabrın 5-də saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək, eləcə də oktyabrın 6-da saat 14:00-dan 16:00-dək açıq olacaq.

    Dünən Azərbaycan Prezidenti İlham Əliyev səfirlikdə olaraq, İsrailin 9-cu prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

    Xatırladaq ki, Ş.Peres sentyabrın 28-də səhər saatlarında Təl-Əviv yaxınlığındakı "Təl ha-Şomer" xəstəxanasında, 94 yaşında dünyasını dəyişib. O, 1984-1986 və 1995-1996-cı illərdə İsrailin baş naziri, eləcə də 2007-2014-cü illərdə prezidenti olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi