Bakıda “Meksika bü gün" layihəsinin təqdimatı keçirilib

Bakıda “Meksika bü gün" layihəsinin təqdimatı keçirilib Meksika səfiri ölkə iqtisadiyyatının əsas göstəriciləri, mədəniyyətin zənginliyi, həmçinin ölkəsinin turizm imkanları haqqında danışıb
Xarici siyasət
16 May , 2016 18:48
Bakıda “Meksika bü gün layihəsinin təqdimatı keçirilib

Bakı. 16 may. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin müəllim-tələbə heyəti qarşısında “Meksika bu gün” adlı təqdimatla çıxış edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbir zamanı Meksika səfiri ölkə iqtisadiyyatının əsas göstəriciləri, biomüxtəliflik və mədəniyyətin zənginliyi, həmçinin ölkəsinin turizm imkanları haqqında geniş danışıb.

Ardından tədbirin bədii hissəsi başlayıb və universitet tələbələri ilə “Mariaçi Bakı” qrupu ənənəvi Meksika mahnılarını ifa edib.

Səfir R.Labardini təhsil sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirməyin vacibliyini qeyd edib. Öz növbəsində, ADU-nun müəllimləri bu diplomatik nümayəndəliklə əməkdaşlıq əlaqələrin davam etdirilməsi barədə istəklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi