Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Konfransının iştirakçıları seçilib

Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Konfransının iştirakçıları seçilib Tədbirdə iştirak etmək üçün 160 ölkədən 6000 ərizə təqdim edilmişdi
Xarici siyasət
104
18 Fevral , 2016 16:40
Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Konfransının iştirakçıları seçilib

Bakı. 18 fevral. REPORT.AZ/ Aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu (UNAOC) çərçivəsində Gənclər Konfransının 150 iştirakçısının seçimi başa çatıb.

"Report" UNAOC-un mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə iştirak etmək üçün 160 ölkədən 6000 ərizə təqdim edilmişdi. Onların arasından müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri olan 150 gənc seçilib.

Konfrans zamanı onlar ictimai həyatın müxtəlif sahələrində, o cümlədən turizm və səyahət, potensial tərəfdaşlar və öz sahəsinin mütəxəssisləri ilə birgə işləməklə bir-birindən öyrənməkdə əməkdaşlıq təcrübəsini bölüşmək imkanı əldə edəcək.

Qeyd edək ki, UNAOC inkişaf və təhlükəsizlik, iqtisadiyyat, maliyyə, ekologiya məsələlərində ölkələr, mədəniyyətlər və dinlər arasında geniş konsensus əldə etmək üçün 2005-ci ildə BMT baş katibinin təşəbbüsü ilə yaradılıb. UNAOC-un missiyası kross-mədəni qarşılıqlı anlaşma və əməkdaşlıqdır.

Son xəbərlər

Orphus sistemi