Bakıda imperatorun doğum günü qeyd olundu - FOTO

Bakıda imperatorun doğum günü qeyd olundu - FOTO Yaponiyanın Azərbaycandakı səfirliyində Əlahəzrət İmperator Naruhitonun doğum günü münasibətilə rəsmi qəbul keçirilib.
Xarici siyasət
28 Fevral , 2020 06:54
Bakıda imperatorun doğum günü qeyd olundu - FOTO
Report

Yaponiyanın Azərbaycandakı səfirliyində Əlahəzrət İmperator Naruhitonun doğum günü münasibətilə rəsmi qəbul keçirilib.

“Report” xəbər verir ki, tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Katori Teruyuki ötən ilin ölkələrimiz arasındakı münasibətlərinin inkişafı baxımından əlamətdar olduğunu deyib.

1 may 2019-cu ildə Yaponiyanın yeni imperatoru Naruhito taxta çıxıb. Bununla əlaqədar, Yaponiyanın milli bayramı olan “İmperatorun Ad günü” indiki imperatorun doğulduğu gün, yəni 23 fevralda qeyd olunur.

Kyodo News
Kyodo News

Ölkənin 126-cı imperatoru olan 60 yaşlı Naruhito 1960-cı il fevral ayının 23-də paytaxt Tokioda doğulub. Onun atçılıq, musiqi və alpinizm kimi bir çox hobbisi olub. Hələ 4 yaşı olanda prestijli Gakushuin məktəb sistemində qeydiyyata alınıb. Bu Yaponiyada elit ailələrin uşaqlarının təhsil aldığı məktəbdir. Naruhito orada coğrafiya klubuna üzv olub.

Bangkok Post
Bangkok Post

Yaponiyanın bu yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyini xatırladan səfir ümidvar olduğunu bildirib ki, Oyunlara Azərbaycandan da çox sayda idmançı qatılacaq. Yaponiyaya səfər edən azərbaycanlılar yapon mədəniyyəti və təbiəti ilə tanış ola biləcəklər.

Report
Report

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, Yaponiya və Azərbaycan arasında hər zaman dostluq və tərəfdaşlıq əlaqələri mövcud olub. Ölkələrimiz arasındakı yüksək səviyyəli qarşılıqlı münasibətlər bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə və dərinləşdirilməsinə zəmin yaradıb.

Report
Report

O vurğulayıb ki, Azərbaycan və Yaponiya hər zaman beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına öz töhfələrini veriblər: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllində Azərbaycanın mövqeyinə Yaponiyanın dəstəyi yüksək əhəmiyyət kəsb edir”.

Son xəbərlər

Orphus sistemi