Bakıda İsveçrənin regiondakı səfirlərinin görüşü keçiriləcək

Bakıda İsveçrənin regiondakı səfirlərinin görüşü keçiriləcək Bakı. 1 mart. REPORT.AZ/ Bakıda İsveçrənin regiondakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin görüşü keçiriləcək.
Xarici siyasət
1 Mart , 2019 15:14
Bakıda İsveçrənin regiondakı səfirlərinin görüşü keçiriləcək

Bakı. 1 mart. REPORT.AZ/ Bakıda İsveçrənin regiondakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin görüşü keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə İsveçrənin Azərbaycandakı səfiri Filipp Ştalder mətbuat konfransında jurnalistlərə bildirib.

Diplomat qeyd edib ki, görüşdə İsveçrənin Ermənistan, Gürcüstan, Belarus və bir sıra digər ölkələrdəki səfirləri iştirak edəcəklər.

"Bu həm bizim, həm də turizm potensialını nümayiş etdirmək baxımından Azərbaycan üçün çox yaxşı fürsətdir. Azərbaycanla uzunmüddətli və fəal əməkdaşlıq əlaqələrimiz var. Azərbaycanı bundan sonra da hər şeydə dəstəkləməyə hazırıq", - F.Ştalder deyib.

Son xəbərlər

Orphus sistemi