Bakıda İSESKO-nun İcraiyyə Şurasının 36-cı sessiyası başlayıb

Bakıda İSESKO-nun İcraiyyə Şurasının 36-cı sessiyası başlayıb Tədbirdə beynəlxalq təşkilat və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar iştirak edirlər
Xarici siyasət
23 Noyabr , 2015 10:09
Bakıda İSESKO-nun İcraiyyə Şurasının 36-cı sessiyası başlayıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda İSESKO-nun (Təhsil məsələləri üzrə İslam təşkilatı) İcraiyyə Şurasının 36-cı sessiyası başlayıb. “Report” xəbər verir ki, tədbirdə beynəlxalq təşkilat və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar iştirak edirlər.

Tədbir "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlayıb.

İcraiyyə Şurası Asiya, Afrika və Ərəb regionlarını əhatə edən 52 üzv dövlətin nümayəndəsindən ibarət olmaqla ildə bir dəfə öz toplantısını keçirir. Toplantıda baş direktorun təşkilatın proqramı və fəaliyyəti ilə bağlı inkişaf üzrə tərəqqi hesabatı, maliyyə hesabatı nəzərdən keçiriləcək, İSESKO büdcəsinə üzv dövlətlərin maliyyə töhfələri qiymətləndiriləcək.

Noyabrın 26-27-də İSESKO-nun XII baş konfransı da keçiriləcək. Təşkilatın ali qərarverici orqanı olan baş konfrans hər üç ildən bir keçirilir. İSESKO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən baş konfrans zamanı təşkilatın fəaliyyət sferalarına aid olan məsələlərlə bağlı koordinasiya və qiymətləndirmə həyata keçirilir, təşkilatın növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir. Tədbirə ev sahibliyi edən ölkə nümayəndəsinin XII baş konfransında quruma baş direktor seçilməsi nəzərdə tutulur. Azərbaycan 1991-ci ildən İSESKO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən məhsuldar dövrünü yaşayır.

Son xəbərlər

Orphus sistemi