Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə mərasim keçirilib

Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə mərasim keçirilib Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli qəbul mərasimi keçirilib.
Xarici siyasət
24 May , 2024 20:52
Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə mərasim keçirilib

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli qəbul mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbir Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutub.

Tədbir çərçivəsində Gürcüstan Milli Baletinin “Suxişvili” akademik truppası, “Rustavi” Gürcüstan xalq mahnı və rəqs akademik ansamblı və Azərbaycanın Əməkdar artisti Manana Caparidze konsert proqramı ilə çıxış ediblər. Həmçinin gürcü çaxırlarının dequstasiyası və gürcü mətbəxi üzrə ustad dərsləri keçirilib.

Tədbiri giriş sözü ilə açan Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Müstəqillik Gününün ölkəsi üçün əlamətdar günlərdən biri olduğunu qeyd edib.

Diplomat vurğulayıb ki, Gürcüstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri qədim tarixi köklərə və iki xalqın yaxınlığına əsaslanır.

“Strateji xarakter daşıyan hazırkı əlaqələr inkişaf etməkdə davam edir. Gürcüstan və Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və s. kimi iri regional layihələr regionda kommunikasiyaların və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır, həmçinin Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir”, - o deyib.

Tədbirdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, ölkənin qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri, xarici diplomatlar və digər qonaqlar iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi