Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib

Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib Rouz Qottemüller: "DEEP Afganistan" proqramının başlanmasından bəri Azərbaycan orada fəal rol oynayır"
Xarici siyasət
20 Sentyabr , 2018 11:31
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
Report

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakıda ADA Universitetində NATO-nun "Civilian Oversight of The Armed Forced" müdafiə sahəsində təhsilin təkmilləşdirilməsi üzrə proqramınının əfqanıstanlı məzunlarına sertifikatlar təqdim edilib.

"Report" xəbər verir ki, təqdimat mərasimində Bakıda səfərdə olan NATO Baş katibinin müavini Rouz Qottemüller də iştirak edib.

O, Əfqanıstanda hərbi təhsilin keyfiyyətinin yaxşılaşdırılması və təhlükəsizliyin möhkəmləndirilməsi üçün 14 Əfqanıstan vətəndaşının iştirak etdiyi bu proqramın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

"Mən həm də bu cür proqramların həyata keçirilməsi üçün platforma yaratdığına görə Azərbaycana minnətdarlığımı bildirirəm. "DEEP Afganistan" proqramının başlanmasından bəri Azərbaycan orada fəal rol oynayır və NATO-nun bu ölkədəki fəaliyyətinə böyük töhfə verir", - o deyib.

Son xəbərlər

Orphus sistemi