Bakı. 25 noyabr. REPORT.AZ/ Qazaxıstan xarici işlər nazirinin birinci müavini, "Astana Ekspo-2017" beynəlxalq ixtisaslaşmış sərgisinin komissarı Rapil Joşıbayev Azərbaycana səfər edəcək.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, R.Joşıbayev Bakıya dekabrın 4-də gələcək.
Səfər çərçivəsində Azərbaycanın energetika naziri, "Ekspo-2017"də Azərbaycan bölməsinin komissarı Natiq Əliyevlə görüş keçiriləcək. Görüşdə Azərbaycanın "Astana Ekspo-2017" beynəlxalq ixtisaslaşmış sərgisində iştirakı ilə bağlı saziş imzalanacaq.