Yuxarı

Bakıda Azərbaycan və NATO arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Rumıniya səfirliyi Azərbaycan və NATO əməkdaşlığı: hazırki durum və perspektivlər mövzusunda dəyirmi masa keçirib

Bakı. 10 fevral. REPORT.AZ/ Bakıda "Azərbaycan və NATO əməkdaşlığı: hazırki durum və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib. "Report" xəbər verir ki, NATO-nun Azərbaycandakı koordinatoru olan Rumıniya səfirliyi tərəfindən keçirilən tədbirdə NATO ölkələri diplomatik missiyalarının rəhbərləri və diplomatlar, eləcə də Cənubi Qafqazda NATO əlaqəlari üzrə Büronun nümayəndəsi iştirak edib. 

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu vurğulayıb ki, Rumıniya NATO və Azərbaycan arasında siyasi dialoqun, həmçinin əməkdaşlığın aktivləşməsi və dərinləşməsinə öz töhfəsini verir.

Çobanu qeyd edib ki, Azərbaycan və NATO əməkdaşlığı strateji əhəmiyyət kəsb edir. Bakı isə Şimali Atlantik Alyansının ən güclü və dəyərli tərəfdaşlarındandır. 

Səfirin sözlərinə görə, Rumıniya hesab edir ki, 2015-2016-cı illəri əhatə edən NATO ilə Fərdi Tərəfdaşlıq Planının (IPAP) IV dövrü NATO və Azərbaycan arasında münasibətlərin gələcək inkişafı üçün böyük imkanlar yaradır. 

Dəyirmi masanın digər iştirakçıları Azərbaycan və NATO arasındakı əməkdaşlığı müsbət qiymətləndirib və gələcəkdə birgə əməkdaşlıq perspektivlərinin düzgün istiqamətdə inkişaf etdiyinə əmin olduqlarını bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi