Yuxarı

Nazir: “Azərbaycanla-Koreya arasında güclü diplomatik əlaqələr var”

Hon Yun Sık: Gələcəkdə də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə işi davam etdirəcəyimizə əminəm

Bakı. 19 avqust. REPORT.AZ/ "Bugünkü forumun keçirilməsi Azərbaycan-Koreya əlaqələrinin genişləndirilməsinə və elektron xidmətlər sahəsində Koreyanın təcrübəsinin öyrənilməsinə yönəlib".

"Report" xəbər verir ki, bunu Koreya Respublikasının daxili işlər naziri Hon Yun Sık Bakıda keçirilən Azərbaycan və Koreya arasında dövlət idarəçiliyi sahəsində əməkdaşlıq forumunda deyib.

Nazir bildirib ki, müstəqillikdən sonra Koreya heç kimin tanımadığı ölkə olub, amma gələcəyə istiqamətlənərək böyük uğurlar qazanıb və ən çox inkişaf etmiş ölkələrdən birinə çevrilib. Onun sözlərinə görə, bu gün Koreyada insanlar evdən çıxmadan internet vasitəsilə lazımi ərizə və ya sənədi ala bilər.

Nazir çıxışında Azərbaycan və Koreyanın gələcəkdə də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə işi davam etdirəcəyini, eləcə də bu sahədə fikir mübadiləsi aparılacağını vurğulayıb. İki ölkə arasında 25 il ərzində qurulan güclü diplomatik əlaqələrin olduğunu deyən Hon Yun Sık bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi