Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü başlayıb

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü başlayıb Bu, XİN başçılarının sayca altıncı üçtərəfli görüşüdür
Xarici siyasət
6 Sentyabr , 2017 11:46
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü başlayıb
Report.az/Elşən Baba

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.

"Report"un məlumatına görə, bu, XİN başçılarının sayca altıncı üçtərəfli görüşüdür. 

Xatırladaq ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 8 iyun 2012-ci ildə Trabzonda keçirilib.

28 mart 2013-cı ildə Batumidə adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı qəbul olunub.

19 fevral 2014-cü ildə Gəncə şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Bunun ardınca həmin ilin 10 dekabr tarixində Qarsda, 19 fevral 2016-cı ildə isə Tbilisidə müvafiq olaraq dördüncü və beşinci üçtərəfli formatda görüşlər keçirilib.

Son xəbərlər

Orphus sistemi