Bakıda AŞ-ın Azərbaycana dair yeni Fəaliyyət Planının təqdimatı olacaq

Xarici siyasət
  • 28 may, 2019
  • 23:25
Bakıda AŞ-ın Azərbaycana dair yeni Fəaliyyət Planının təqdimatı olacaq

Bakıda Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycana dair yeni Fəaliyyət Planının rəsmi təqdimatı olacaq.

"Report"un Fransa bürosu xəbər verir ki, təqdimat mayın 30-da keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Avropa Şurasının Proqramlar üzrə Baş Direktorluğunun rəhbəri xanım Verena Teylor, fəaliyyət planında nəzərdə tutulmuş müvafiq dövlət qurumları və benefisiar təşkilatların nümayəndələri, o cümlədən qeyri-hökumət təşkilatları və media qurumları, eləcə də Bakıda akkreditə olunmuş beynəlxalq tərəfdaşların nümayəndələri iştirak edəcək.

44 filmi