Bakı ilə Paris arasındakı gərginlik geosiyasi qüvvələrin mürəkkəb qarşılıqlı təsirini əks etdirir

Bakı ilə Paris arasındakı gərginlik geosiyasi qüvvələrin mürəkkəb qarşılıqlı təsirini əks etdirir Bakı ilə Paris arasında siyasi gərginlik və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bildirdiyi kimi, iki ölkə arasında münasibətlərin ən aşağı səviyyədə olması əslində, geosiyasi qüvvələr arasında qəliz qarşılıqlı əlaqələrin olduğunu əks etdiri
Xarici siyasət
29 Dekabr , 2023 12:21
Bakı ilə Paris arasındakı gərginlik geosiyasi qüvvələrin mürəkkəb qarşılıqlı təsirini əks etdirir

Bakı ilə Paris arasında siyasi gərginlik və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bildirdiyi kimi, iki ölkə arasında münasibətlərin ən aşağı səviyyədə olması əslində, geosiyasi qüvvələr arasında qəliz qarşılıqlı əlaqələrin olduğunu əks etdirir.

"Report" xəbər verir ki, bu barədə "BNN Breaking"də dərc olunan məqalədə bildirilib.

Müəllifin fikrincə, Azərbaycanın iki fransız diplomatını “persona non-grata” elan etməsi və Fransanın buna iki azərbaycanlı diplomatın ölkədən çıxarması şəklində cavab verməsi Parisin Bakı ilə İrəvan münasibətlərinə fəal müdaxiləsinin və bu məsələdə Avropa strukturlarına təzyiqinin təzahürüdür: “Lakin bu hadisələr Azərbaycanın Qərblə iqtisadi əlaqələrinə təsir etməyib, çünki Britaniya və ABŞ şirkətləri ölkədə fəaliyyətlərini davam etdirirlər”.

Məqalədə qeyd edilib ki, Bakı və İrəvan arasında beynəlxalq vasitəçilik yolu ilə normallaşma danışıqlarında az irəliləyiş olduğu bir şəraitdə Fransanın ermənipərəst mövqeyi Azərbaycan üçün daha da qəbuledilməz görünür.

Son xəbərlər

Orphus sistemi