Bakı Forumunda Yaxın Şərqdəki vəziyyət müzakirə edilib

Bakı Forumunda Yaxın Şərqdəki vəziyyət müzakirə edilib “Fələstinlə İsrail arasındakı münaqişənin həlli bütün dünyada sülhün bərqərar olmasına gətirib çıxarar”.
Xarici siyasət
15 Mart , 2019 13:11
Bakı Forumunda Yaxın Şərqdəki vəziyyət müzakirə edilib
Report

“Fələstinlə İsrail arasındakı münaqişənin həlli bütün dünyada sülhün bərqərar olmasına gətirib çıxarar”.

“Report” xəbər verir ki, bunu VII Bakı Qlobal Forumu çərçivəsindəki “Yaxın Şərqdəki sülh və təhlükəsizlik” panelində İsrailin sabiq baş nazirinin müavini və xarici işlər naziri Tzipi Livni bildirib.

“Hər iki tərəf üçün məqbul olan güzəştli sülh sazişi təqdim olunmalıdır. Fələstinlə İsrail arasındakı münaqişənin həlli bütün dünyada sülhün bərqərar olunmasına gətirib çıxarar. Lakin ərəb – İsrail münaqişəsinə dair başqa məsələ də var. Ərəb ölkələri ilə məsələləri yoluna qoysaq belə, İran Livan və Fələstində saxladığı davakar dəstələri ilə birgə öz ideologiyalarından əl çəkməz. Bunlar bütün region üçün təhlükədir”, - o deyib.

İsrailli siyasətçi Fələstinin ərəb ölkələrindən ayrı qərar verə bilməyəcəyini, İsrailin isə ABŞ dəstəyinə bel bağladığını, bu səbəbdən hər iki tərəfin daha da fəal olmasının vacibliyini dilə gətirib.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin də regiondakı müsəlman əhalinin daha firavan yaşamaq hüququnun dünya oyunçularının siyasəti və daxili ixtilaflar üzündən əngəlləndiyini diqqətə çatdırıb.

“Ötən on il ərzində Yaxın Şərqdə böyük oyunçuların iştirak etdiyi bir çox təlatümlər yaşanıb. Regiondakı müsəlman əhalinin daha yaxşı və firavan yaşamaq hüququ həmin oyunçuların siyasəti və daxili ixtilaflar üzündən əngəllənib. Yaxın Şərqi müzakirə edərkən terror amilini də nəzərə almalıyıq. Terror nəticəsində regionda təhlükəsizlik səviyyəsi xeyli azalıb. Həmçinin hərbi və siyasi müdaxilələr amili də var”, – sabiq nazir söyləyib.

O, təhlükəsizliyin ortadan qalxması nəticəsində regionda təcavüzkar qüvvələrin, avtoritar və populist liderlərin çoxaldığını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi