Bakı-Düşənbə reysinin bərpası məsələsi müzakirə olunub

Bakı-Düşənbə reysinin bərpası məsələsi müzakirə olunub Səfir Həsən Məmmədzadə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematullo Hikmatullozoda ilə görüşüb
Xarici siyasət
31 Yanvar , 2018 19:43
Bakı-Düşənbə reysinin bərpası məsələsi müzakirə olunub

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin iqtisadi inkişaf və ticarət naziri və eyni zamanda Azərbaycan-Tacikistan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nematullo Hikmatullozoda ilə görüşüb. 

Səfirlikdən "Report"a verilən məlumata görə, N.Hikmatullozoda H.Məmmədzadəni Tacikistan Respublikasına yeni səfir təyin olunması münasibətilə təbrik edib və diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. 

Nazir Azərbaycana səfərlərini xatırlayaraq hər səfərində ölkəmizin inkişafının, Bakı şəhərinin gözəlləşməsinin, həyata keçirilən iqtisadi islahatların verdiyi töhfənin, ölkəmizin böyük beynəlxalq tədbir və forumlara ev sahibliyi etməsinin, son 10 ildə Azərbaycanın regionun ən inkişaf etmiş ölkəsinə çevrilməsinin şahidi olduğunu bildirib. 

Nazir 2018-ci ilin Tacikistanda "Turizm və sənətkarlıq ili" elan olunmasını nəzərə alaraq bu sahədə geniş təcrübə əldə edən Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını dilə gətirib.

Söhbət zamanı səfir H.Məmmədzadə Tacikistanın turizm sahəsində böyük potensiala, zəngin təbiətə və səfalı guşələrə malik olduğunu qeyd edərək Azərbaycanın turizm sahəsində əldə etdiyi təcrübəni bölüşməyə hazır olduğunu bildirib.

Görüşdə həmçinin Bakıda keçirilən hökümətlərarası komissiyanın 4-cü iclası zamanı imzalanan protokolun müddəalarının icrası istiqamətində, o cümlədən ticari dövriyyənin artırılması, Bakı-Düşənbə reysinin bərpası, turizm sektorunun inkişafı, məhsulların təkrar emalı, kənd təsərrüfatının inkişafı və digər sahələr üzrə geniş müzakirə aparılıb.

Son xəbərlər

Orphus sistemi