Yuxarı

Bahar Muradova: "Ölkələrin ərazi bütövlüyünün pozulması cəhdləri ATƏT-ə olan inamı sarsıdıb"

Azərbaycanlılar həqiqətən də, İrəvan da daxil olmaqla, öz tarixi torpaqlarına qayıdacaqlar

Bakı. 6 iyul. REPORT.AZ/ "Ölkələrin qəbul olunmuş sərhədlərinin dəyişdirilməsi və ərazi bütövlüyünün pozulması cəhdləri ATƏT-ə olan inamı sarsıdıb".

"Report" xəbər verir ki, bu barədə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova Helsinkidə ATƏT-in Parlament Assambleyasının illik iclasında bildirib.

O qeyd edib ki, belə cəhdlər davamlı şəkildə müşahidə olunur.

Muradova təşkilatı münaqişələrin tezliklə həlli üçün ölkələrin ərazi bütövlüyünə və bir-birinin suverenliyinə hörmət əsasında mehriban qonşuluq münasibətlərinin bərpa edilməsi istiqamətində addımlar atmağa çağırıb".

"Biz danışıqlara rəsmi dəstək ifadə etmək çərçivəsindən və danışıqlarda irəliləyişin əldə olunacağına ümid bəsləməkdən kənara çıxaraq, münaqişə zonalarındakı qəbuledilməz status-kvonu dəyişmək üçün əməli addımlar atmalıyıq. ATƏT və onun Parlament Assambleyası, nə qədər ki gec deyil, indi hərəkət etməlidirlər" - millət vəkili deyib.

O əlavə edib ki, münaqişə nəticəsində evlərindən didərgin düşən milyonlarla insanların davam edən əzab və əziyyətləri təcili tədbirlərin görülməsini tələb edir.

ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri erməni deputatlarının çıxışlarını cavablandıraraq deyib:" Azərbaycanlılar həqiqətən də, İrəvan da daxil olmaqla, öz tarixi torpaqlarına qayıdacaqlar, siz buna tam əmin ola bilərsiniz".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi