Azərbaycanla YUNESKO arasındakı birgə layihələr müzakirə olunub

Azərbaycanla YUNESKO arasındakı birgə layihələr müzakirə olunub Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi etimadnaməsini YUNESKO-nun Baş Direktoruna təqdim edib
Xarici siyasət
12 Sentyabr , 2014 16:24
Azərbaycanla YUNESKO arasındakı birgə layihələr müzakirə olunub
  • Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov etimadnaməsini YUNESKO-nun baş direktoru İrina Bokovaya təqdim edib. Bu barədə Report-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
  • Etimadnamənin təqdim edilməsi mərasimindən sonra Anar Kərimov və İrina Bokova arasında görüş keçirilib.
  • İrina Bokova Anar Kərimovu YUNESKO yanında daimi nümayəndə təyin olunması münasibətilə təbrik edib və YUNESKO ilə Azərbaycan arasında olan səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.
  • Anar Kərimov YUNESKO ilə əlaqələrin gücləndirilməsinin ölkə üçün prioritet sahələrdən biri olduğunu deyib. O, bu əməkdaşlığın daha da inkişaf etməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əvəzolunmaz rolunu qeyd edib.
  • Görüşdə Azərbaycan ilə YUNESKO arasında olan əməkdaşlığın gələcək perspektivləri və birgə layihələr ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi