Azərbaycanla Xorvatiya arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanla Xorvatiya arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
30 Oktyabr , 2014 14:16
Azərbaycanla Xorvatiya arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Bakı. 30 oktyabr. REPORT.AZ/ Oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un məlumatına görə, görüşdə Azərbaycan ilə Xorvatiya arasında son illər ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub, enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib və bu baxımdan “Cənub” qaz dəhlizinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi