Yuxarı

Azərbaycan XİN: ABŞ-dakı silahlı hücumu qınayırıq

“Birləşmiş Ştatlar xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da çoxlı insan ölümü ilə nəticələnən hadisə ilə bağlı bu ölkəyə başsağlığı verib.

“Report”un xəbərinə görə, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “12 iyun 2016-cı il tarixində Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayırıq. Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi