Gürcüstanın Baş naziri: “Azərbaycanlıların müdrik lideri var”

Gürcüstanın Baş naziri: “Azərbaycanlıların müdrik lideri var” “Azərbaycan Prezidenti İlham Əliyevə dərin hörmətimi bildirirəm. Azərbaycanlıların müdrik lideri var. O, ölkəsinin inkişafı və xalqının firavanlığının qayğısına qalır”.
Xarici siyasət
153
21 Sentyabr , 2021 11:04
Gürcüstanın Baş naziri: “Azərbaycanlıların müdrik lideri var”
İrakli Qaribaşvili

“Azərbaycan Prezidenti İlham Əliyevə dərin hörmətimi bildirirəm. Azərbaycanlıların müdrik lideri var. O, ölkəsinin inkişafı və xalqının firavanlığının qayğısına qalır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Rustavi 2” telekanalının efirində deyib.

O, Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmadan məmnunluğunu bildirib: “Bu təşəbbüs mənə məxsus olub. Şadam ki, son 30 ildə Gürcüstan iki ölkə arasında uğurlu vasitəçilik etdi və ilk presedent yaradıldı. Prosesə cəlb olunan amerikalı dostlarımıza minnətdaram, biz bunu bir yerdə həyata keçirdik”.

Xatırladaq ki, bu ilin iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Son xəbərlər

Orphus sistemi