Azərbaycanlılar regionun digər ölkələri ilə müqayisədə ABŞ-a "Green Card"la daha az köçür

Azərbaycanlılar regionun digər ölkələri ilə müqayisədə ABŞ-a "Green Card"la daha az köçür Bu il 380 Azərbaycan vətəndaşı "qrin kart" qazanıb
Xarici siyasət
9 Dekabr , 2015 12:09
Azərbaycanlılar regionun digər ölkələri ilə müqayisədə ABŞ-a Green Cardla daha az köçür

Bakı. 9 dekabr. REPORT.AZ/ 2015-ci ildə 380 Azərbaycan vətəndaşı ABŞ-da yaşamaq üçün "Green Card"qazanıb. "Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti tərəfindən nəşr edilən "Green Card" lotereyasının statistikası sübut edir.

Özü də əvvəlki illərlə müqayisədə "qrin kart" qalibi olan Azərbaycan vətəndaşlarının sayı azalıb. Belə ki, 2014-cü ildə 454, 2013-cü ildə isə 494 azərbaycanlı lotereya qalibi kimi ABŞ-a köçmək imkanı əldə etmişdi.

Qeyd etmək lazımdır ki, "yaşıl kart" üzrə ABŞ-a daimi yaşayış üçün gedənlərin sayı Cənubi Qafqazın digər ölkələrində xeyli yüksəkdir. Məsələn, 2015-ci ildə 1277 Ermənistan vətəndaşı "qrin kart" qazanıb. 2014-cü ildə bu rəqəm 2049, 2013-cü ildə isə 2221 nəfər olub.

Bu il Gürcüstanın 571 vətəndaşı "yaşıl kart" qalibi olub. Ötən il bu rəqəm 804, 2013-cü ildə isə 806 nəfər olub.

Son xəbərlər

Orphus sistemi