Azərbaycanlı deputat Gürcüstandakı seçkilərin gedişini dəyərləndirib

Azərbaycanlı deputat Gürcüstandakı seçkilərin gedişini dəyərləndirib “Gürcüstanda keçirilən yerli seçkilərdə seçici fəallığı müşahidə olunur”.
Xarici siyasət
2 Oktyabr , 2021 13:24
Azərbaycanlı deputat Gürcüstandakı seçkilərin gedişini dəyərləndirib
Cavid Osmanov

“Gürcüstanda keçirilən yerli seçkilərdə seçici fəallığı müşahidə olunur”.

Bunu “Report”un yerli bürosuna müsahibəsində qonşu ölkədə seçkiləri müşahidə edən Milli Məclisin üzvü Cavid Osmanov deyib.

O, Gürcüstan paytaxtında bir neçə məntəqədə səsvermə prosesini izlədiyini bildirib: “Havanın yağışlı olmasına baxmayaraq, baş çəkdiyimiz məntəqələrdə seçici fəallığı yaxşıdır. İndiyədək hər hansı bir qanun pozuntusu ilə rastlaşmamışıq. Seçicilər sərbəst şəkildə onlar üçün yaradılmış şəraitdən istifadə edərək seçimlərini edirlər. Məntəqələrdə müxtəlif partiyalardan olan müşahidəçilərin və jurnalistlərin fəaliyyətləri üçün də şərait təmin olunub”.

Deputat qeyd edib ki, seçkilərdə Gürcüstanda ilk dəfədir elektron səsvermə sistemindən istifadə olunur: “Bu yenilik Tbilisinin bir rayonunun seçki məntəqələrində pilot layihə kimi tətbiq edilir. Həmin məntəqələrdən birində də müşahidə aparmışıq. Gələcəkdə Gürcüstanda bu sistem daha geniş tətbiq oluna bilər”.

Qeyd edək ki, C.Osmanov seçkiləri GUAM Parlament Assambleyasının xətti ilə müşahidə edir.

Son xəbərlər

Orphus sistemi