Politoloq: "Azərbaycanla Qazaxıstan regional əməkdaşlıq üçün səylərini birləşdirməlidir"

Politoloq: "Azərbaycanla Qazaxıstan regional əməkdaşlıq üçün səylərini birləşdirməlidir" Azərbaycan və Qazaxıstan bütün sahələrdə böyük tərəqqiyə nail olub.
Xarici siyasət
13 May , 2019 15:11
Politoloq: Azərbaycanla Qazaxıstan regional əməkdaşlıq üçün səylərini birləşdirməlidir

Azərbaycan və Qazaxıstan bütün sahələrdə böyük tərəqqiyə nail olub.

“Report” xəbər verir ki, bu barədə iki ölkənin münasibətləri və regional inteqrasiya məsələlərinə həsr olunan dəyirmi masada politoloq Tofiq Abbasov bildirib.

“Azərbaycan və Qazaxıstan müstəqillik qazandıqdan sonra bütün sahələrdə böyük tərəqqiyə nail olublar. Bunun bir səbəbi də hər iki ölkədə mövcud olan sabitlikdir. Azərbaycanla Qazaxıstan regional əməkdaşlıq üçün bundan sonra da səylərini birləşdirməlidirlər”, - politoloq qeyd edib.

İyunun 9-da Qazaxıstanda keçiriləcək prezident seçkilərinə də toxunan politoloq bildirib ki, əvvəlki komanda özünü doğruldubsa, onu dəyişdirmək mənasızdır: "Nursultan Nazarbayev siyasi kursunun bundan sonra da davam ediləcəyi ehtimalı xeyli yüksəkdir".

Politoloq İlqar Vəlizadə də bir çox oxşar cəhətə malik, tarixi və qardaşlıq tellərilə bir-birinə bağlı olan Azərbaycan və Qazaxıstanın bu gün başqa ölkələrin də qoşulduğu bir sıra regional əhəmiyyətli layihələr həyata keçirdiklərini dilə gətirib.

Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyən Qazaxıstanın qətiyyətli və aydın mövqe tutmasının da iki ölkə arasındakı münasibətlərin davamlı inkişafında mühüm yer tutduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi